31.03.2020 21:00
549

Almaniya Bundesliqasının bərpa müddəti aprelin 30-a kimi uzadılıb.
Cempion.az "Kicker"ə istinadən xəbər veir ki, bu barədə Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfert məlumat verib: "Matçlar 30 aprelə kimi oynanılmayacaq. Bundan başqa, klubların aprelin 5-ə kimi məşq etməsi qadağandır".
Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.