cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Keçmiş klub prezidenti koronavirusundan vəfat edib

01.04.2020 11:15 Oxundu 531


Fransa "Marsel"inin keçmiş prezidenti Pape Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.

Cempion.az "La Provence" nəşrinə istinadən verdiyi məlumata görə, Diuf martın 30-da Seneqalın paytaxtı Dakardakı xəstəxanalardan birinə ağır vəziyyətdə çatdırılıb. Lakin tibbi yardım nəticə verməyib.

Qeyd edək ki, Pape Diuf 2005 - 2009-cu illərdə "Marsel"in prezidenti postunu tutub. Seneqallı funksioner idman jurnalisti və futbol agenti kimi də çalışıb.