cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Sabiq ingiltərəli qarət olunub

01.04.2020 15:00 Oxundu 542


İngiltərə yığmasının, həmçinin "Çelsi” və "Arsenal” klublarının keçmiş futbolçusu Eşli Koul cinayətkarların qurbanı olub.

Cempion.az "The Sun”a istinadən xəbər verir ki, maskalı qarətçilər futbolçunun evinə girərək onun əl-qolunu bağlayıblar.

Bundan sonra cinayətkarlar evdə olan zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər.

E.Koula dəyən zərər açıqlanmır. Futbolçu bu barədə şərh verməkdən imtina edib.