cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Yoviç İngiltərə klubunun hədəfində

01.04.2020 15:36 Oxundu 533


İngiltərənin "Arsenal” klubu Madrid "Real”ının futbolçusu Luka Yoviçi heyətinə qatmaq istəyir.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yayda qabonlu Pyer-Emerik Obameyanqın London klubunu tərk edəcəyi, onun yerinə isə serb hücumçunun alınacağı gözlənilir.

"Ayntraxt”ın sabiq baş məşqçisi Draqoslav Stepanoviç də "Real”la ötən yay altı illik müqavilə bağlamış Yoviçin özünə yeni iş yeri axtardığını bildirib. Bosniya və Herseqovina serbi olan Yoviç ötən mövsüm Frankfurt klubunda 48 oyunda 27 qol vursa da, cari mövsümdə cəmi iki dəfə fərqlənə bilib.

Qeyd edək ki, Luka Yoviç sevgilisi Sofiya Miloşeviçə görə Madriddəki karantin rejimini pozaraq Serbiyaya gedib.