şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Fənərbağça"nın futbolçusu "Qarabağ" variantını yenidən gözdən keçirir

01.04.2020 18:00 Oxundu 490


"Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk gələcəyi ilə bağlı qərar qəbul edib.

Cempion.az xəbər verir ki, 29 yaşlı orta sahə oyunçusu mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

Qış fasiləsində "Çaykur Rizəspor", "Sivasspor", həmçinin "Qarabağ"ın təklifinə "yox" deyən Alper maaşının 40 faiz azaldılmasına baxmayaraq, "sarı-lacivərdlilər"də qalmağı üstün tutmuşdu.

Lakin Türkiyə millisinin üzvü bu dəfə fikrini dəyişib. Yeni ildən sonra əsas komandaya cəlb olunmayan futbolçu mövsümün sonunda təklifləri nəzərdən keçirməyə hazırdır. Həmin təkliflərin  sırasında "Qarabağ"dan gələn təklif də var.