cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Azərbaycanlı futbolçular karantinə yollandı

01.04.2020 17:01 Oxundu 562

 
“Ufa” klubu bütün futbolçularını mayın 30-na qədər ev karantininə göndərib.

Cempion.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Ufa” rəhbərliyi bir müddət əvvəl komandanın yarımmüdafiəçisi Olivye Tillin koronavirusa yoluxduğu şübhəsiylə bütün futbolçuları aprelin 2-nə qədər ev karantininə göndərmişdi.

“Ufa”da azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyev forma geyinir.

Qeyd edək ki, Rusiya Premyer Liqası koronavirus pandemiyası səbəbiylə aprelin 10-na qədər dayandırılıb.