cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Avrokubokların yeni tarixi məlum olub

01.04.2020 16:15 Oxundu 550


UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

Cempion.az Almaniyanın ZDF telekanalına istinadən xəbər verir ki, bu barədə qərar UEFA-nın bu gün quruma üzv 55 milli assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub.

Bildirilir ki, qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını təklif edib. Həmçinin UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyə etdiyi bildirilib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.