cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Kurzava İspaniya klubunun hədəfində

01.04.2020 17:47 Oxundu 514

PSJ-nin müdafiəçisi Leyvin Kurzava isə “Barselona”nın maraq dairəsindədir.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, heyəti gücləndirmək istəyən katalonlar yayda azad agent statusu əldə edəcək Kurzava  ilə danışıqlar aparmağa hazırlaşır. Belə ki, mövsüm başa çatdıqdan sonra Firponu transferə çıxarmaq istəyən katalonlar onu fransalı sağ cinah müdafiəçisi ilə əvəzləmək niyyətindədir. Amma Kurzava ilə razılaşmaq “Barselona” üçün heç də asan olmayacaq. Çünki Leyvi ilə “Liverpul” və “Arsenal” da maraqlanır.

Xatırladaq ki, Kurzava 2015-ci ildə 25 milyon avroya “Monako”dan

Qeyd edək ki, PSJ-yə transfer olunmuşdu.İndiki mövsümdə o, Paris klubunda keçirdiyi 14 oyunda yalnız 1 qol vura bilib.