cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Koutinyo İngiltərə klubunun hədəfində

01.04.2020 20:39 Oxundu 469

“Lester”“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyonu öz heyətinə cəlb etmək istəyir.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “tülkülər”in baş məşqçisi Brendan Rocers hazırda icarə əsasında “Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçinin transferində israrlıdır. Sadəcə, Koutinyonun keçidi üçün “Barselona”nın müəyyənləşdirdiyi məbləğ bəlkə də“Lester”in büdcəsinə uyğun olmayacaq. Ona görə də, premyer liqa təmsilçisi futbolçunu icarəyə də götürə bilər.

Məsələ ondadır ki, indiki məqamda braziliyalı futbolçuya görə heç bir klub “Barselona”ya böyük məbləğ ödəməyə hazır deyil.