şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Mançester Siti"ni tərk edir

02.04.2020 13:00 Oxundu 437


“Mançester Siti”nin vingeri Rahim Sterlinq komandanı tərk edə bilər.

Cempion.az xəbər verir ki, Sterlinq “şəhərlilər”i tərk etsə, “Liverpul”a keçəcək. Bu barədə məlumatı “L’Equipe” nəşri yayıb.

Sterlinq “Liverpul”un yetirməsidir. O, bu komandanı 2015-ci ildə heç bir tutul qazanmadan tərk edib.

Həmin vaxt bir çoxları onu bu addımı pula görə atmaqda ittiham etmişdi. Futbolçu isə isə bildirmişdi ki, sırf idman ambisiyalarına görə belə qərar verib.

Bir müddət əvvəl o, “instaqram” səhifəsində bəyan etmişdi ki, hələ də sabiq klubunu sevir. Nəşrin məlumatına görə, “Liverpul”un son vaxtlar qazandığı uğurlar Sterlinqi sabiq komandasına qayıtmağa motivasiya edir.