
UEFA klubların lisenziyalaşdırma prosesinin müddətini uzadacaq.
Cempion.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, prosesin bitmə tarixi avrokuboklarda yerlərin bölünməsi qaydası təsdiqlənənə qədər artırılacaq:
“İcraiyyə Komitəsi növbəti dəfə klubların lisenziyalaşdırma prinsiplərinə və maliyyə feyr-pleyinə sadiqliyini qeyd edib. Amma razılaşıb ki, indiki istisna şərtlər milli assosiasiyalar və onların fəaliyyətinə kömək üçün xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir.
Yaşanan fövqəladə hadisələr səbəbindən artan qeyri-müəyyənliyə görə İcraiyyə Komitəsi klubların hazırlıq və gələcək maliyyə göstəricilərinin qiymətləndirilməsi ilə bağlı olan lisenziyalaşdırma xətti üzrə əsasnamənin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
Bu qərar istisna olaraq komandaların UEFA-nın 2020/21 mövsümündə klub turnirində iştiraka şamil olunur”.
Avrokubokların keçirilməsi martın 13-dən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasında 1/8 final başa çatdırılmayıb.