02.04.2020 16:00
586


"Milan"ın basketbol komandasının oyunçuları və baş məşqçisi maaşlarının bir hissəsini koronavirus pandemiyası ilə mübarizə aparan Lombardiya xəstəxanalarına ayırıblar.
Cempion.az xəbər verir ki, bu barədə "Milan" bəyanat yayıb. Ümumi ianə 1 milyon avro təşkil edib.
Qeyd edək ki, bu jestə qədər klubun sahibi Corco Armani COVID-19-lə mübarizə üçün 1,25 milyon avro bağışlamışdı.