cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Fransa çempionatına pul ödənişi dayandırıldı

02.04.2020 12:00 Oxundu 532


Fransa çempionatının əsas yayımçıları "BeINSports" və "Canal+" koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-yə pul ödənişlərini dayandırıb.

Cempion.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hər iki telekanal futbol turnirlərinin məcburi fasiləsi səbəbindən yaranmış maliyyə böhranını yumşaltmaq üçün bu addımı atıb.

Qeyd edək ki, bu prosesin çempionatlar bərpa olunana qədər davam edəcəyi bildirilib.