cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

ABŞ klubunun futbolçusu koronavirusuna yoluxub

02.04.2020 12:40 Oxundu 428


ABŞ-ın "Filadelfiya Yunion" klubunun futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan oyunçunun analizinin nəticəsi müsbət çıxıb.

Məlumatda bildirilib ki, hazırda karantin altında olan futbolçu özünü yaxşı hiss edir. Klubda virusa yoluxmuş başqa şəxslərin olmadığı qeyd olunub.

Xatırladaq ki, bu, MLS müntəzəm çempionatında futbolçular arasında virusa ilk yoluxma faktıdır.