cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Tanınmış futbolçunun ölüm səbəbi məlum oldu

02.04.2020 18:30 Oxundu 413


İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin ölüm səbəbi açıqlanıb.

Cempion.az "Cadena Ser" radiosuna istinadən xəbər verir ki, "Real Madrid" və İngiltərə "Arsenal"ının keçmiş üzvü yüksək sürətin qurbanı olub. Bu, aparılmış istintaq nəticəsində müəyyənləşib.

Bildirilib ki, Reyesin avtomobili saatda 187 km sürətlə hərəkət edərkən qəflətən maşının arxa sol təkəri partlayıb. Həmin təkəri qəzadan bir həftə öncə futbolçunun qohumunun təmir etdiyi vurğulanıb.

Qeyd edək ki, Xose Antonio Reyesin son iş yeri ölkəsinin "Estremadura" komandası olub. O, ötən il düşdüyü avtoqəzada əmisi oğlu ilə birlikdə ölüb.