cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Atletiko" da maaşları azaltdı

02.04.2020 20:40 Oxundu 463


İspaniyanın "Atletiko" (Madrid) klubunda futbolçuların və məşqçilərin maaşları koronavirusa görə 70 faiz azaldılıb. 

Cempion.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub İspaniya qanunvericiliyində nəzərdə tutulmuş ERTE prosedurunu tətbiq edib. 

İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.

Bildirilib ki, komandanın futbolçuları, məşqçiləri ilə yanaşı, idarə heyətinin üzvləri də maaşlarının azaldılmasına razı olublar. 

Klub əlavə olaraq 430 işçisinin ödənişlərinin artacağını açıqlayıb. 

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb. Daha öncə "Barselona"da maaşların koronavirus pandemiyasına görə 70 faiz azaldıldığı bəlli oıub.