02.04.2020 22:00
                 584
  584
            
            
             584
  584
            
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Belçika çempionatı davam etdirilməyəcək.
Cempion.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin əsas liqasında 2019/2020 mövsümü ləğv olunub.
Qaydalara görə, 29 turdan sonra 70 xalla lider olan "Brügge" çempion elan edilib. Hazırkı sıralamaya əsasən, avrokuboklara vəsiqə qazanan komandalar da müəyyənləşib.
"Brügge" birbaşa Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynamaq hüququ qazanıb. İkinci pillədəki "Gent" ÇL-in təsnifat mərhələsində mübarizə aparacaq.
3-cü sıranın sahibi "Şarlerua" Avropa Liqasının qrupunda, "Antverpen" və Lyej "Standard"ı isə təsnifat mərhələsində iştirak edəcək.
 
                 
                 
                 
                 
     
     
     
     
    