cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Keşlə" futbolçuları maaşlarının kəsilməsini istəmir

03.04.2020 11:00 Oxundu 526


"Keşlə" rəhbərliyi koronavirus səbəbindən məşqlərin və oyunların dayandırılmasına görə futbolçuların maaşının yarısını kəsmək istəyir.

Cempion.az xəbər verir ki, söhbət aprel ayının maaşından gedir.

Karantinin aprelin 20-də bitəcəyini nəzərə alsaq, ölkə çempionatı ən yaxşı halda aprelin sonu, mayın əvvəli bərpa oluna bilər. "Keşlə" rəhbərliyi də məhz bu səbəbdən aprel ayı üçün futbolçulara tam maaş ödəmək istəmir. Əldə etdiyimiz məlumata görə, bu haqda xəbər tutan aparıcı futbolçular, xüsusilə də legionerlər buna qarşı çıxır. Yekun qərar isə hələlik verilməyib. (rekord.az)