03.04.2020 12:30
513

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1 milyard ABŞ dolları qazanan ilk futbolçu olacaq.
Cempion.az "Busuness Insider"ə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq.
"Yuventus"dakı əmək haqqından əlavə, Ronaldu CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.
Ümumilikdə isə 35 yaşlı forvard qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ildə onlara tennisçi Roje Federer də qoşulacaq.