çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Siti”nin şikayətinə video-konfrans formatında baxıla bilər

03.04.2020 13:00 Oxundu 445


İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayətlə bağlı məhkəmə iclasının baş tutacağını gözləyir.

Cempion.az “The Athletic”ə istinadən xəbər verir ki, klub toplantının may-iyunda video-konfrans formatında keçiriləcəyinə ümid edir. “Şəhərlilər” problemi qısa müddətdə həll etmək niyyətindədir, lakin klubun müraciəti hələ ki, aprel – iyun aylarında görüləcək işlər siyahısına daxil edilməyib.

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 - 2016-cı illərdə yol verib. "Şəhərlilər"ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb.