cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq

03.04.2020 14:20 Oxundu 429


Türkiyə millisinin və "Fənərbağça" klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq. 

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi  AVRO-2020-də iştirak etmək istədiyini, amma bu il baş tutmadığı üçün məyus olduğunu bildirib: "Avropa çempionatında oynamağı çox istədim. Amma qismət olmadı. Özümə görə nə qədər məyusamsa, hazırda zədəli olan dostlarım üçün bir o qədər sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah mənə xəyal etdiyim karyeranı nəsib etdi. Digər futbolçuların daha yaxşılarını yaşamasını istəyirəm". 

Qeyd edək ki, UEFA AVRO-2020-nin 2021-ci ildə keçirilməsinə qərar verib. Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Türkiyə - Uels, İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.