03.04.2020 15:00
558

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ən güclü səfər komandasıdır.
Cempion.az PFL-ə istinadən xəbər verir ki, son çempion səfərdə hamıdan çox – 20 xal toplayıb. Vurulan və buraxılan qollarda da ən yaxşı göstərici çempionatın liderinə məxsusdur.
“Neftçi” və “Keşlə”nin aktivində eyni qədər xal var. Lakin “ağ-qaralar” həm top fərqində öndədir, həm də bir matç az keçirib. “Zirə” isə səfərdə ən az xal toplayan komandadır.