şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"də maaş yubanasının səbəbi məlum oldu - EKSKLÜZİV!

03.04.2020 18:00 Oxundu 463

"Neftçi"dəki maliyyə sıxıntısı haqda məlumat vermişdik.

Cempion.az xəbər verir ki, futbolçular hələ də mart ayının maaşını almayıb.

Bunun səbəbi isə məlum olub. Saytımıza etibarlı mənbədən daxil olan məlumata görə, klubun sponsorlarından olan Türk Hava Yolları koronavirus səbəbindən mart ayını zərərlə başa vurduğu üçün "Neftçi"nin büdcəsinə heç bir vəsait köçürə biləyib. Şirkətin hətta klubla əməkdaşlığa son qoyması da gündəmə gəlib. Futbolçular da bu səbəbdən mart ayının maaşını hələ də ala bilməyib.