04.04.2020 10:51
540

A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.
Cempion.az liqanın saytına istinadən xəbər verir ki, videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.
Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 14 min 681 nəfərə çatıb.