cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Terim futbolçuları ilə görüntülü danışdı

04.04.2020 11:26 Oxundu 466


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim komandanın futbolçuları ilə videokonfrans vasitəsi ilə görüntülü danışıb.

Cempion.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabından bildirib. Türk mütəxəssis videokonfransdan paylaşdığı şəklin altına yazıb: "Hamınız üçün çox darıxmışam. Sizləri görmək məni xoşbəxt etdi. Hamımızın birlikdə azarkeşlərlə görüşəcəyimiz günü gözləyirəm. Sağlıqla qalın".

Xatırladaq ki, koronavirusa yoluxan Terimin müalicəsi evində davam edir.