cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın istədiyi futbolçu İngiltərə klubuna keçir

04.04.2020 15:30 Oxundu 444


"Düdelanj"ın hücumçusu Danel Sinani karyerasını növbəti mövsümdən İngiltərədə - "Norviç Siti"də davam etdirəcək.

Cempion.az xəbər verir ki, Premyer Liqa klubu ilə anlaşan 22 yaşlı forvard karyerasında böyük addım atdığını deyib: "Çox xoşbəxtəm. İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. Karyeramda böyük addım atdım".

Lüksemburq millisinin üzvü bu mövsüm Avropa Liqasındakı çıxışı ilə parladı. O, turnirin qrup mərhələsində 4 qol, 1 assist performansla Avropa klublarının diqqətini çəkməyi bacarmışdı.

"Düdelanj" Avropa Liqasının qrupunda "Sevilya", APOEL və "Qarabağ"la eyni qrupda mübarizə aparırdı. Sinani 2017-ci ildən "Düdelanj"da çıxış edirdi.

Qeyd"Qarabağ" da onunla yaxından maraqlanırdı. O, hələ ilyarım öncə Qurban Qurbanovun diqqətini çəkmişdi. Tərəflər arasında ilkin danışıqlar da olmuşdu. Amma yaxşı şərtlər irəli sürən İngiltərə klubu Sinanini Azərbaycan çempionunun əlindən aldı.