cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

PFL EPFL-nin videokonfransında iştirak etdi

04.04.2020 12:46 Oxundu 446


Avropa Peşəkar Futbol Liqaları (EPFL) quruma üzv olan liqalarla videokonfrans keçirib.  

Cempion.az xəbər verir ki, qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti Lars Krister Olsenin başçılığı ilə reallaşıb. 

Təşkilatın aktiv üzvlərindən biri kimi Azərbaycan Peşəkar Futbol Liqası da video konfransda nümayəndə ilə təmsil olunub və öz təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

Konfransda UEFA, EPFL və AKA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzasıyla üzv ölkələrə 2 aprel tarixində ünvanladığı məktubda qeyd olunan məsələlər əsas müzakirə mövzusu olub.