şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"nin sabiq futbolçusu: "Narahatlıq var, çünki bu prosesi idarə etmək olmur​"

04.04.2020 13:45 Oxundu 423


“Problem daha çox Guayaquil şəhərindədir, televiziyada gördüklərimiz bizi təəccübləndirdi. Sizinlə eyni şeyləri gördük. İşlərin o səviyyədə olduğunu təsəvvür etmirdik. Yaşadığım Ambato şəhərində isə 12 yoluxma halı qeydə alınıb”.

Cempion.az xəbər verir ki, bu fikirləri Ekvadorun “Muşuk Runa” klubunda çıxış edən “Neftçi”nin sabiq futbolçusu İqnasio Errera AS nəşrinə müsahibəsində deyib.

Ölkədə koronavirusla bağlı vəziyyətdən danışan 33 yaşlı hücumçu hazırkı durumun yaxşı olmadığını söyləyib: “Narahatlıq var, çünki bu prosesi idarə etmək olmur. Bu qədər sürətli inkişaf edəcəyini gözləmirdilər. Ekvador xristianların çox olduğu ölkədir, dua etməyə, özlərinə qayğı göstərməyə, evdə qalmağa və həddindən artıq tədbir görməyə çağırırlar”.

Çilili oyunçu Ekvadorda növbəti həftə ciddi komendant saatının tətbiq olunacağını əlavə edib: “Şəxsiyyət vəsiqəsi ilə həftədə bir dəfə çölə çıxa və ancaq marketlərə gedə biləcəyik. Ambatoda bütün tədbirlər vaxtında həyata keçirildi, Guayaquildə isə biganə yanaşıldı”.

Errera hələ ki, Çiliyə qayıtmaq istəmədiyini və hazırkı komandasında özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.