cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"18 yaşında "Real" təklif göndərdi amma qəbul etmədi"

04.04.2020 17:30 Oxundu 512

"Rasinq"in prezidenti Viktor Blanko keçmiş futbolçusu Lautaro Martinez haqqında açıqlama verib.

Cempion.az xəbər verir ki, Blanko təcrübəli hücumçu barəsində bunları deyib: "18 yaşında olanda "Real Madrid" klubu Martinezi transfer etmək istədi.Təklif etdiyləri pul da az deyildi. Futbolçu özü nə istədiyini çox gözəl bilirdi və buna görə də təklifi rədd etdi. Bundan sonra "Rasinq" klubunda çox yaxşı çıxış etdi və özünün istədiyi "İnter" klubuna yollandı. Martinezin sürətli inkişaf etməyi bizi çox təəccübləndirdi".

Qeyd edək ki, "İnter" formasıyla bu mövsüm Lautaro Martinez 31 oyuna çıxıb və 16 qol vurub.