çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Serbiyalı futbolçu həbs olundu

04.04.2020 18:35 Oxundu 460


Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.

Cempion.az “Reuters”ə istinadən xəbər verir ki, buna 30 yaşlı hücumçunun ölkəsi Serbiyadakı komendant saatı qaydalarını pozması səbəb olub.

Forvard yerli vaxtla 17:00-da Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə içki qəbul edib. Qaydanı pozan bütün şəxslər saxlanılaraq prokurorluğa çağırılıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif saatlarda küçəyə çıxmağı qadağan edib.