şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Daha bir ölkədə futbol mövsümü start götrüb

04.04.2020 21:26 Oxundu 506


Tacikistanda yeni futbol mövsümünə start verilib.

Cempion.az xəbər verir ki, ölkə Super kuboku uğrunda oyunda "İstiklol" və "Xocənd" komandaları üz-üzə gəlib. 

Düşənbədəki "Pamir" stadionunda keçirilmiş matç "İstiklol"un qələbəsi ilə yekunlaşıb - 2:1. 

Qeyd edək ki, Tacikistanda indiyə qədər koronavirusa yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, Superkubok matçı təhlükəsizlik səbəbindən boş tribunalar önündə keçirilib.

Hazırda Avropada çempionatı davam edən yeganə ölkə digər MDB dövləti Belarusdur.