cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

A Seriası mayda bərpa ola bilər

04.04.2020 22:10 Oxundu 443


İtaliya A Seriyasında mövsümün bərpasının mümkün vaxtı məlum olub.

Cempion.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, çempionatın mayın 20-də qaldığı yerdən start götürəcəyi ehtimal olunur.

Belə olan halda isə A Seriyasının iyulun 2-də başa çatdırılması planlaşdırılır.

Koronavirus pandemiyasına görə təxirə salınmış XXV turun qarşılaşmalarının ("Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya", "Torino" - "Parma" və "Verona" - "Kalyari") mayın 20-də oynanılması nəzərdə tutulub.

Növbəti turların təqivimi isə belədir:

23-24 may: XVII tur

27-28 may: XVIII tur

30-31 may: XXIX tur

3-4 iyun: XXX tur

6-7 iyun: XXXI tur

10-11 iyun: XXXII tur

13-14 iyun: XXXIII tur

17-18 iyun: XXXIV tur

20-21 iyun: XXXV tur

24-25 iyun: XXXVI tur

27-28 iyun: XXXVII tur

2 iyul: XXXVIII tur

Qeyd edək ki, İtaliya A Seriyası martın 10-da dayandırılıb.