cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Edinson Kavani İtaliya klubunun hədəfində
 

04.04.2020 22:49 Oxundu 445

“Napoli” sabiq hücumçusu Edinson Kavanini geri qaytarmağı düşünür.

Cempion.az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, yayda PSJ ilə müqavilə müddəti başa çatan 33 yaşlı hücumçu azad agent statusu ilə Neapola gələ bilər. Mənbə onu da bildirir ki, artıq futbolçunun agenti Neapol klubu ilə danışıqlara başlayıb. İtaliyada uruqvaylı futbolçuya ilə 7 milyon avro məvacib veriləcəyi deyilir.

Qeyd edək ki, yanvar ayında Kavani “Atletiko”ya keçməyə yaxın idi. Amma son anda PSJ futbolçusunun keçidilə bağlı təklifdən imtina edib.