04.04.2020 23:03
500


İspaniyalı yarımmüdafiəçi Xavi Martines karyerasını yenidən vətənində davam etdirə bilər.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 2021-ci ildə “Bavariya” ilə müqavilə müddəti başa çatan 31 yaşlı futbolçu İspaniyaya qayıtmaq niyyətindədir. Düzdür, Martines Münhen klubunda qalmağın da əleyhinə deyil. Amma “Bavariya” onunla müqavilə müddətini yeniləmək istəmir. Belə məqamda münhenlillər mövsümün sonunda onun transferindən gəlir əldə etmək fikrinə düşüb.
Qeyd edək ki, Martineslə “Xetafe” və “Atletik”in maraqlanması ilə bağlı məlumatlar da dolaşır.