05.04.2020 09:16
550

Fransa PSJ-sinin və Braziliya milli komandasının futbolçusu Neymar həyətində məşq edib.
Cempion.az xəbər verir ki, braziliyalı hücumçuya iki iti rəqib olub. Üçüncü it isə onlara heç tamaşaçı kimi də maraq göstərməyib.
Qeyd edək ki, bu mövsüm Neymar Fransa Liqa 1-də 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı forvard digər yarışlarda - Çempionlar Liqası, Fransa Liqa Kuboku və Fransa Kubokunda 7 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.