şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

İrlandiya millisində baş məşqçi dəyişikliyi olub

05.04.2020 14:49 Oxundu 464


Futbol üzrə İrlandiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Cempion.az xəbər verir ki, 2018-ci ilin noyabr ayından bu komandanı çalışdıran Mik Makkarti istefaya göndərilib. Bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Artıq İrlandiya yığmasına yeni baş məşqçi də təyin olunub. Federasiya bu posta Stiven Kenninin təyin olunduğunu açıqlayıb. Lakin 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Stiven Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.