05.04.2020 17:28
506

Meksika çempionatının oyunlarını idarə edən hakim Adonay Eskobedo koronavirusla bağlı ölkədə tətbiq olunan karantin qaydalarını pozub.
Cempoin.az xəbər verir ki, İzolyasiya qaydalarına əhəmiyyət verməyən 33 yaşlı referi paraşütlə tullanıb.
O, daha sonra havada çəkilmiş fotolarını sosial şəbəkə hesabında paylaşıb. Adonay Eskobedo cari mövsüm Meksika çempionatının 8 oyununa təyinat alıb.