cümə, 23 may 2025

DÜNYA FUTBOLU

"Fiorentina"nın futbolçuları koronavirusdan sağalıb

05.04.2020 21:49 Oxundu 563


İtaliya "Fiorentina"sının 3 futbolçusu koronavirusdan sağalıb.

Cempion.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviçdir. Fiorentina təmsilçisinin rəhbərliyi həkimlər, tibb bacıları və xəstəxanalara minnətdarlığını bildirib.

Qeyd edək ki, Duşan Vlahoviçin testinin müsbət nəticələndiyi martın 13-də, Patrik Kutrone və Xerman Peselyanın yoxlanışının cavabı isə ertəsi gün müəyyənləşib.