cümə, 29 mart 2024

VOLEYBOL

Millimiz 1 pillə irəliləyib

05.04.2020 22:57 Oxundu 500


FİVB yeni reytinq cədvəlini açıqlayıb.

Cempion.az xəbər verir ki, siyahı voleybol üzrə Azərbaycan milli komandaları üçün uğurlu alınıb.

127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.

Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidi. Bu siyahıda isə Braziliya liderdi.