cümə, 09 may 2025

DÜNYA FUTBOLU

“Real”ın 2 futbolçusu “Everton”un hədəfində

06.04.2020 13:22 Oxundu 515


“Everton” “Real”ın iki futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Cempion.az xəbər verir ki, “Everton”un baş məşqçisi Karlo Ançelotti “kral klubu”nun futbolçuları Qaret Beyl və Xames Rodriqesin xidmətində maraqlıdır.

İtaliyalı mütəxəssis hər iki futbolçunu Mersisayd klubuna keçməyə razı salacağına inanır. “Everton” rəhbərliyi həm Beylə, həm də Xamesə uzunmüddətli müqavilə təklif edəcək.

“Real”ın hər iki futbolçunu satmaq istədiyi də bildirilir. Beylin “Real”la müqaviləsi 2022-ci ilin, Rodriqesin isə 2021-ci ilin yayınadək nəzərdə tutulub.