06.04.2020 14:00
514

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.
Cempion.az "Fotospor"a istinadən xəbər verir ki, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.
O, əvvəllər İtaliyanın müxtəlif komandalarında çalışıb. Di Françesko 2017-ci ildə "Roma"nın baş məşqçisi işləyən vaxt Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, hazırda Di Françesko ilə Türkiyənin "Fənərbağça" klubu da ciddi maraqlanır.