06.04.2020 17:00
521

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldonu satılacaq futbolçuların siyahısına əlavə edib.
Cempion.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi koronavirusa görə yaranan iqtisadi problemləri bu yolla aradan qaldırmaq niyyətindədir. Ölkə çempionu 35 yaşlı Ronaldonu da satmağı planlaşdırır.
Portuqaliyalı forvardın sabiq komandası İspaniya "Real Madrid"inə qayıdacağı iddia edilir. Ronaldunun 30 milyon avroluq maaşından xilas olmaq istəyən "Yuventus" onu 60 milyon avroya satmaq istəyir.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.