şənbə, 24 may 2025

DÜNYA FUTBOLU

Yanis Hacı Avropa klublarının hədəfində

06.04.2020 18:00 Oxundu 527

"Ruminya futbolunun canlı əfsanəsi George Hacının oglu Yanis Hacını transfer etmək istəyən Avropa nəhənglərinin sayı artır. İngiltərənin "Tottenhem" və "Mançester Siti" klubları da 21 yaşlı hücumçu ilə maraqlanmağa başlayıb".

Cempion.az xəbər verir ki, bu sözləri  gənc futbolçunun meneceri Covani Bekali açıqlamasında deyib: "Tottenhem"in baş məşqçisi Xose Mourinyo, "Mançester Siti"nin idman direktoru Txiki Beqiristain mənimlə əlaqə saxlayaraq, Yanislə maraqlanıb. Hacı böyük istedada və yaradıcılığa sahibdir. Digər çoxlu özəllikləri də var. Açığı, atasından daha cəlddir, çox sürətlidir. Bu iki klubdan birinə keçəcəyi halda daha da güclü futbolçu olmağa davam edəcək".