cümə, 09 may 2025

DÜNYA FUTBOLU

FİFA mövsümü yenidən uzadacaq

06.04.2020 19:00 Oxundu 511


FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ali futbol qurumu hazırkı mövsümü qeyri-müəyyən müddətə uzadacaq. Milli liqaların bitmə vaxtının isə müstəqil şəkildə müəyyənləşdirilməsinə imkan veriləcək.

Yay transfer dönəminin vaxtı da dəyişdiriləcək və klublar qalan matçları başa çatdırmaq üçün bu il iyunun 30-dək olan müqavilələri yeniləyə biləcəklər.

Hazırda koronavirus pandemiyası səbəbindən dünyada, demək olar ki, bütün yerli çempionatlar dayandırılıb. Avropada isə matçların baş tutduğu yeganə ölkə Belarusdur.