06.04.2020 18:37
561
561

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanın anası Dolors Sala Karrio koronavirusundan dünyasını dəyişib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, ispaniyalı baş məşqçinin anası 82 yaşında Barselonada xəstəxanaların birində həyatını itirib. Qadının ölümünə koronavirus infeksiyasına yoluxması səbəb olub.