06.04.2020 20:00
508

Niderland Futbol Federasiyası koronavirus pandemiyasına görə maliyyə böhranı yaşayan həvəskar və peşəkar klublara dəstək olmaq üçün yardım fondu yaradıb.
Cempion.az Niderland mətbuatına istinadən xəbər verir ki, fonda bu günədək milli komandanın üzvləri və liqa sponsorları ümumilikdə 11 milyon avro ianə ediblər.
Xəbərdə bildirilir ki, yığılan məbləğin gəlirləri kəskin azalan komandalar arasında bərabər şəkildə bölüşdürüləcəyi bildirilib.