cümə, 09 may 2025

DÜNYA FUTBOLU

İngiltərə Futbol Assosiasiyası maaşların azaldılmasına razı oldu

06.04.2020 20:30 Oxundu 492


İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən yarışların dayandırıldığı müddətdə maaşların azaldılmasına razılıq verib.

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə futbol direktoru Mark Ballingem bildirib.

O deyib ki, ildə 50 min funt sterlinq və ya daha çox qazanan bütün işçilərin əməkhaqlarının 7.5 faiz müvəqqəti azaldılmasını təklif edirlər: “Rəhbərlikdəki şəxslər maaşlarının 15 faiz, təşkilatdakı ən yüksək maaş alan işçilər isə 30 faiz azaldılmasını qəbul edib”.