cümə, 09 may 2025

DÜNYA FUTBOLU

A Seriasında maaşlar azaldılır

06.04.2020 21:36 Oxundu 489


İtaliya A Seriyası klubları koronavirus pandemiyasının ağır nəticələrini aradan qaldırmaq üçün baş məşqçilər və futbolçularla maaşların azaldılması barəsində razılığa gəlib.

Cempion.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, çempionat davam etdiriləcəyi halda, onların məvacibi 17 faiz azaldılacaq.

Qeyd edək ki, mövsüm ləğv olunacağı təqdirdə isə məşqçilər və oyunçular maaşlarının 33 faizindən imtina edəcəklər.