cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Barselona" Qrizmannla bağlı yekun qərarını verdi

07.04.2020 12:20 Oxundu 484


Antuan Qrizmann “Barselona”nı tərk etməyəcək.

Cempion.az xəbər verir ki, klub rəhbərliyi oyunçunu komandada saxlamaq niyyətindədir.

Məlumata görə, Kataloniya təmsilçisi Qrizmannın ilk mövsümü olduğu üçün “Barselona”ya uyğunlaşa bilmədiyini düşünür. Buna görə də fransalı futbolçuya daha bir il şans veriləcək.

Oyunçunun da komandada qalmaq istədəyi bildirilib. İspaniya mətbuatı daha öncə Qrizmannın göndəriləcəyini yazırdı. Hətta “Mançester Yunayted”in onunla maraqlandığı qeyd edilmişdi.