cümə, 09 may 2025

BİZİM FUTBOL

"Zirə": 28 illik tarixin 22-cisi

07.04.2020 14:27 Oxundu 532


“Zirə” 2015-ci ildən çıxış etdiyi Azərbaycan Premyer Liqasında ümumilikdə 199 xal toplayıb.

Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 140 matça çıxan komanda 200-cü xalının bir addımlığındadır. 53 qələbə, 40 heç-heçə və 47 məğlubiyyəti olan “qartallar” ölkə çempionatlarının 28 illik tarixinin 22-ci komandasıdır.

“Zirə”ni 21-ci olan “Xəzri”dən 4, ilk “20-liy”i qapayan “Şəfa”dan 6 xal ayırır.